Azərbaycanda bu tibb məntəqəsinin qapısına 6 aydır qıfıl vurulub - VİDEO
Aprel 10
18:00
2023
Şəkidən 35 km məsafədə yerləşən Aran kəndində bir neçə aydır ki, tibb məntəqəsinin qapısına qıfıl vurulub. O gün, bu gündür sakinlər necə deyərlər yollarda qalıb.
İTV-nin əməkdaşları bu ucqar yaşayış məntəqəsi sakinlərinin harayına səs verib, onları dinləmək üçün kəndə yollanıb.
600-ə yaxın sakinin yaşadığı Aran kəndinin cəmi bir tibb məntəqəsi var ki, onun da qapısı bağlı, üstündə də qıfıl. 6 aydır ki, vəziyyət bu cürdür. Hələ bu azmış kimi, sən demə kənddə nə həkim var, nə də tibb bacısı. Sakinlər isə vəziyyətdən bu cür çıxmağa çalışır.
Elçin Cəlilov: "Bir iynə lazım olanda gedirik qonşu kəndlərə. İndiki zamanda hamı çətin vəziyyətdə yaşayır, maşın tut, ora get. Doktoru çağırsan gəlmir. Bir iynədən ötrü biz gərək 3-5 km başqa yerə gedək".
Sarvan Ramazanov: "Axşam da təcili tibb maşını çağırdıq, 1-2 saata gəldi, xəstəmiz var idi. Yəni biz istəyəndə tapa bilmirik, mütləq kənar kəndlərə getməliyik”.
Bahar Xanmədova: "Uşaqlar gecə-gündüz xəstələnir. İlkin tibbi yardım göstərməyə nə həkim, nə tibb bacısı yoxdur ki, köməklik etsin. Məcbur oluruq ayrı kəndə - Suşmaya, Dəhnəyə gedib uşağa sistem vurduraq”.
Sakinlər deyir ki, mövcud problem bir neçə dəfə Şəki rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin diqqətinə çatdırıb. Lakin bir nəticəsi olmayıb.
Qəzənfər Məmmədov: "Rayon Mərkəzi Xəstəxanasının baş həkimi idi, ya kimi idi bilmirəm, Arzu xanıma müraciət etdim ki, bizim kənddə tibb bacısı yoxdur. O da dedi ki, yaxınlarda tibb bacısı varsa, təşkil edin işləsin. Bizim əvvəlki tibb bacısı var idi, Sveta xanım, onu təklif elədim. O da dedi ki, yaşı çoxdur, biz onu götürə bilmərik. İndi qalmışıq çıxılmaz vəziyyətdə. Nə Svetaya razı olurlar, nə də tibb bacısı göndərmirlər. Bəs biz neyləyək?
İTV-nin əməkdaşları vəziyyətə aydınlıq gətirmək üçün Şəki rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi ilə əlaqə saxlayıb. Bildirilib ki, hazırda həmin kənddə yalnız bir tibb bacısı var. O da analıq məzuniyyətindədir. Sakinlərə isə yaxın kəndlərdəki tibb məntəqələrinə müraciət etmələri məsləhət olunuv.

Məsələyə TƏBİB-dən də münasibət öyrənmək istənilsə də, suallara cavab verən olmayıb.
Qlobal.az