Azərbaycanda daxili turizm yalnız bu halda bərpa edilə bilər
İyun 24
03:25
2020
Yay mövsümü olduğundan koronavirus pandemiyasının qarşısını almaq üçün ölkədə tətbiq edilən məhdudiyyətdən hazırda ən çox zərər çəkən sahələrdən biri də daxili turizmdir. Əhalinin daha çox məskunlaşdığı iri şəhərlərdə məhdudiyyət qoyulmasına görə turizm məkanlarının əksəriyyəti boş qalıb.
"Turizm sənayesinin bərpası üçün hazırlıq aparılıb. Növbəti qərarlar nə olacaqsa, ona uyğun addımlar atıla bilər. Bundan öncə Dövlət Turizm Agentliyi sənaye üzvləri ilə birgə bildirmişdi ki, sərt karantin şərtləri olmasa, iri şəhərlər və regionlar arasında əlaqələr bərpa edildikdən sonra turizm əvvəlki vəziyyətinə qayıtmağa başlayacaq”.