SON XƏBƏR

Azərbaycanda dərman qıtlığı yaşanır: Çıxış yolu nədir?

Dekabr 19
13:12 2022
"Bu gün Azərbaycanda dərman qıtlığı var”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Ekspert qıtılığın səbəbini Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirib:
 
"Biz dərman idxal edən ölkəyik. Dərmanların böyük əksəriyyəti Ukraynadan gətirildiyindən və müharibə nəticəsində infrastruktur dağıldığından dərman qıtlığı yaranıb. Amma bu heç də əsas verməməlidır ki, Azərbaycanda dərman qıtlığı hiss olunsun.

Alternativ ölkələr var. Qardaş Türkiyə keyfiyətli dərmanlar istehsal edir. Biz idxalı ora yönəldə bilərik. Türkiyə dərmanlarının qiymətləri də bizə uyğundur. Hesab edirəm ki, tezliklə bu istiqamətdə əməliyyatlar aparılmalıdır”. 

Adil Qeybulla Azərbaycanda dərmanların keyfiyət parametrləri ilə bağlı ciddi problemlərin olduğunu vurğulayıb:

"Bu məsələ dəfələrlə həkimlər və vətəndaşlar tərəfindən qabardılır. Buna görə Azərbaycana dərman idxal edən şirkətlər məsuliyyət daşıyır”. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook