Azərbaycanda “Dövlət borcu haqqında” qanun dəyişdirilir
Dekabr 08
10:41
2021
Azərbaycanda dövlət borcunun əsas məbləğinin qaytarılması üzrə ödənişlər cari büdcə ili ərzində cəlb edilən dövlət borcalması hesabına təmin edildikdə, bu ödənişlərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilməyəcək.
"Report” xəbər verir ki, bu məsələ "Dövlət borcu haqqında” qanuna təklif olunan əlavə və dəyişiklərdə öz əksini tapıb.
Bundan başqa, qanundakı "Dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondu” anlayışı "hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu” ilə əvəzlənir.