Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinas buraxılır
May 24
01:13
2018
2018-ci ilin yanvar ayının 29-da Prezident İlham Əliyev cənablarının iştirakı ilə Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirildi. Konfransda çıxış edən məmur və sahibkarların içərisində "Qara inək fermer təsərüfatı" MMC-nin direktoru Fuad Əyyubzadənin çıxışı zamanı 2016-cı il aprel döyüşlərində ermənilərin atdığı mərmilər nəticəsində müəssisəsində 200 inəyin ölməsi media olaraq diqqətimizdən yayınmadı. F. Əyyubzadənin çıxışında səsləndirdiyi fikirlərin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün apardığımız jurnalist araşdırması nəticəsində məlum oldu ki, 2016-ci ilin aprel hadisələri zamanı "Qara inək fermer təsərüfatı" MMC-nin Ağdam rayonunun Əfətli kəndində yerləşən fermasına düşən mərmilər zamanı müəssisədə 11 heyvan ölmüş, 19-u isə yaralanmışdır. O zaman bu barədə Fuad Əyyubzadənin özü dəymiş ziyanla bağlı dövlətin rəsmi agentliyi olan Azərtac-a da açıqlama verib. Sonradan isə "Qara inək fermer təsərüfatı" MMC-nin dövlətə olan 412,589 manat borcu silinmişdir. Sadə bir sahibkarın dövlət başçısına bu cür yalan danışması, daha doğrusu bu "cəsarəti" haradan, kimlərdən alması, əlbəttə ki, bizim jurnalist marağımızı oyatmaya bilməzdi. Dövlət başçısına yalan danışan sahibkara "zəhərin" hansı "ilanlar" tərəfindən verilməsi istiqamətində araşdırmalara başlamaq istədiyimiz zaman isə Fuad Əyyubzadə ilə bağlı redaksiyamıza şokedici məlumatlar daxil oldu.
Redaksiyamıza daxil olan məlumatda ixtisasca hüquqşünas olan Fuad Əyyubzadənin episentrində olduğu maxinasiyadan bəhs olunur. Qeyd edək ki, F.Əyyubzadənin "baş rol" aldığı bu hadisədə ölümünə sayılı günlər qalmış bir insanın Şahid Həbibullayev adlı sahibkarın səmimiyyətindən sui-istifadə edərək saxta sənədlərlə var-dövlətini talamağa cəhd edilir. Beləliklə redaksiyamıza ünvanladığı Şahid Abdullayevin oğlu İlqar Həbibullayev yazır:
Mərhum atam Şahid Həbibullayevin ikinci nigah üzrə arvadı Həbibullayeva (Novruzova) Reyhan Əli-İskəndər qızının atamın xərçəng xəstəsi olduğunu və qısa müddət ömrü qaldığını bilərək ölümünə yaxın nigah rəsmiləşdirmiş, bundan sonra onun xəstəliyindən istifadə edərək Şirvan Apellyasiya Məhkəməsində hakim vəzifəsində işləyən qardaşı Novruzov Ələsgər Əli-İskəndər oğlunun şəxsən iştirakı ilə «Azekspert» hüquq firmasında işləyən dostları Fuad, Samir və Fərhad adlı şəxslərin köməkliyi ilə hazırda səhmlərinin 65%-i mənə və qardaşım Şahin Həbibullayevə məxsus olan «Magistral-Ekspress» ASC-nin əmlakını ələ keçirməyə cəhd etmişlər.
Belə ki, onlar bu niyyətlə 2011-ci ilin dekabr ayında Ələsgər Novruzovun şəxsən iştirakı ilə heç bir fəaliyyəti olmayan, yalnız birdəfəlik saxta maliyyə əməliyyatları həyata kecirmək üçün faliyyəti bərpa olunmus «Həkəri» Kiçik Müəssisəsindən (hal-hazırki adı «Modern Mexaniki Quraşdırma» MMC) guya nağd pulun daxil olması barədə kassa mədaxil orderləri yazılmış və eyni gündə də guya pulun verilməsi barədə mərhum atam Şahid Həbibullayevin adına kassa məxarici orderləri yazılmışdır. Halbuki, həmin vaxt kassir və mühasib işləyən şəxslər heç bir pul vəsaitinin olmadığını və hakim Ə. Novruzovun həmin prosesdə şəxsən iştirak etdiyini təsdiq etmişlər. Bunların əsasında 2 851 000 manat saxta borc yaradaraq 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində «Magistral-Ekspress» ASC-yə qarşı saxta məzmunlu iddia qaldırılmışlar. Qurulmuş bu mexanizmə görə ASC-nin rəhbəri olan atam məhkəmədə borcu etiraf edəcək və borcu ödəniş qabiliyyəti olmadığı üçün tələb ASC-nin əmlakına yönəldiləcək və bununla da ASC bütovlüklə ələ keçiriləcəkdi. Lakin həmin ərəfədə atam vəfat etdiyindən bu niyyətləri baş tutmamış, iddia ərizələrini geri götürmüşlər.
Bu fakt ilə əlaqədar 2017-ci il aprel ayında ASC-nin yerləşdiyi Nərimanov rayon prokurorluğu tərəfindən 170066046 saylı cinayət işi qaldırılmış, lakin həmin işdə hakim Ə.Novruzovun iştirakı olduğu üçün daha sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilmişdir. İstintaq vaxtı bir sıra şəxlər, o cümlədən hakim Ə. Novruzov dindirilmiş, üzləşmələr aparılmış, faktiki rəhbəri Fuad adlı şəxsin olduğu və saxta maliyyə əməliyyatının aparıldığı «Həkəri» KM-nin fəaliyyəti barədə müvafiq orqanlara sorğu verilmişdir.
Lakin, hüquqşünas olduğum üçün istintaqın qısa müddətdən sonra qeyri-obyektiv istiqamətə yönəldiyini açıq aşkar hiss edib aşağıdakı suallarla istintaqa müraciət edərək araşdırılmasını xahiş etmişəm.
1. «Həkəri» KM-nin təsisçisi və direktoru Samir adlı şəxs olduğu halda istintaq orqanı hansısa səbəbdən Fuad adlı şəxsi KM-nin faktiki rəhbəri kimi işə cəlb edərək onunla istintaq hərəkətləri aparmışdır. Əldə etdiyimiz sənədlərdən isə həm də görünür ki, Fuad adlı şəxs isə eyni dövrdə «Magistral eksperess» ASC-yə hüquqi xidmət göstərmişdir. Belə olan halda, rəsmiyyətdə Fuad, mənafeləri arasında ziddiyyət olan və məhkəmə mübahisəsinə başlayan iki müəssisənin maraqlarını necə müdafiə edə bilərdi? Bu bir daha göstərir ki, sözü gedən maliyyə əməliyyatı kagız üzərində olmuş və müəyyən başqa niyyətlə edilmişdir.
2. Əldə etdiyimiz mühasibat sənədlərindən görünür ki, «Həkəri» KM «Magistral eksperess» ASC-nə guya 268.000 manat ödəmişdir. Məhkəmədə qaldırılmış iddianın məzmunundan isə görünür ki, pul tələbi 250000 manat təşkil edir, bu isə 18.000 manat fərq deməkdir. Əgər həqiqi mübahisə var idisə «Həkəri» KM iddia tələbini niyə öz ziyanına az göstərmişdir?
3. Əldə etdiyimiz iddia ərizəsindən görünür ki, guya «Həkəri» KM ilə «Magistral eksperess» ASC arasında yuxarıda qeyd olunan vəsaitin köçürülməsinə əsas verən və müəyyən tikinti işlərinin sifariş edilməsi barədə müqavilə olmuşdur. Müqavilənin özünün isə nə əslini, nə də surətini indiyə qədər heç kim görməmişdir. Həmin müqavilənin ümumiyyətlə tərtib olunub-olunmaması, əgər olunmuşdursa məhkəməyə təqdim edilib edilməməsi barədə, eləcə də yuxarıda qeyd etdiyim digər iki xüsusat üzrə həm Fuad, həm də vergi orqanlarında «Həkəri» KM-nin rəhbəri kimi qeydiyyatdan keçən Samir adlı şəxslər ətraflı dindirilməli, eləcə də 1 saylı inzibati-iqdisadi məhkəməsinə sorğu edilməklə iki müəssisə arasında yuxarıda göstərilən pul vəsaitinin köçürülməsinə səbəb olmuş müqavilənin olub-olmaması, olmuşsa surəti tələb olunmalıdır.
4. Sözügedən müqavilə üzrə guya sifarişçi «Həkəri» KM «Magistral-ekspress» ASC-nə öz ərazisində tikinti obyekti inşa olunmasını sifariş etmişdir. Halbuki, tikinti nəinki icra edilməmiş, müqavildə üzrə sifariş verilmiş «tikintinin» layihə s. kimi halllar ümumiyyətlə heç kimə məlum deyil, daha doğrusu maliyyə əməliyyatı saxta olduğundan belə sifariş də olmamışdır. Bu barədə ASC-də məlumatı olan belə yoxdur. Ən maraqlısı isə budur ki, 268.000 manat dəyərində tikinti sifariş etmiş «Həkəri» KM həmin məbləğin bir hissəsini keçirdikdən bir müddət sonra heç bir tikinti mövcud olmadığı halda «gözünü yumaraq» ikinci böyük məbləğdə köçürmə həyata keçirmişdir. Maraqlıdır, «Həkəri KM»-nin rəhbərliyi bu dərəcədə ağılsızmı olmuşlar?..
5. Əməliyyatın saxta olmasını təsdiq edən başqa bir dəlil iki dəfə böyük məbləğdə vəsaitin bank hesabından kənar nağd qaydada keçirilməsidir.
6. Başqa bir fakt isə budur ki, sözü gedən vəsaitin «Həkəri» KM-nin kassasına mədaxil edildiyini təsdiq edən heç bir sənəd mövcud deyil və istintaq zamanı Fuad belə bir sənəd təqdim edə bilməmişdir.
Qlobal.Az