SON XƏBƏR

Azərbaycanda “Etnik Gələcək”ə şübhəli kapital axıdılır (FOTO)

Noyabr 01
10:45 2022
Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı Birliyi "Parklarda istifadə olunacaq oyun qurğuları və digər malların satınalınması” tenderinin nəticələrini açıqlayıb.

Qlobal.az Dia.az-a istinadla xəbər verir ki tenderin qalibi "ETNIK GƏLƏCƏK-2021” Məhdud Məsuliyyətli Cəmiyyətiolub. Şirkətlə bu tender üzrə 792 min 110 manat dəyərində müqavilə imzalanıb.

Xatırladaq ki, "ETNIK GƏLƏCƏK-2021” şübhəli maliyyə dairələrinə yetərincə tanış bir isimdir. Belə ki, elə təkcə bu ilin əvvəli özünün bir hoqqabazlığı ilə meydana çıxmışdı.

Həmin məlumatlardan aydın olurdu ki, Azərbaycanın dövlət satınalmaları sahəsində yeni «tender çempionu» ortaya çıxıb. Təqribən 1 il əvvəl yaradılmış "Etnik Gələcək-2021” MMChəmin zaman cəmi 1 həftə ərzində 9 tender qazanaraq adını dövlətsatınalmaları tarixinə yazmağı bacarıb.

Bu ilin martın 3-dən 10-dək şirkət ümumi məbləği 2,15 milyon manat olan dövlət satınalmalarını qazanıb. Maraqlıdır ki, "Etnik Gələcək-2021” MMC yalnız Bakının rayonlarındakı tenderlərdə qalib gəlir. Belə ki, şirkət Bakının Nizami, Nəsimi, Xətai rayonlarında tenderləri udub. Bunlar parklar üçün zibil qabı almaqdan tutmuş məişətdə istifadə olunan əşyalara qədər ən müxtəlif satınalmalardır.

Digər maraqlı məqam odur ki, şirkətin iri tenderlərinin heç biri 300 min manatlıq həddi keçmir. Nəhayət, ötən il "Etnik Gələcək-2021” daha çox Mədəniyyət Nazirliyi ilə işləyib.

Qeyd edək ki, "Etnik Gələcək-2021” MMC 22.12.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əbilov Qabil İslam oğludur. Bakı şəhəri Binəqədi rayonu, Həmzə Babaşov 9 MKR, ev 6, m. 37 ünvanında qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 100 manatdır.

Beləliklə "Etnik Gələcək-2021” MMC şirkətinin bu ilin mart ayında cəmi 1 həftədə qazandığı tenderlər:
 

 


Görünəni odur ki, bu şirkət yenə də ənənəvi ampluasındadır…



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook