SON XƏBƏR

Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb

İyul 17
10:48 2019
İyulun 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 880 mini keçib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə hər 6 fərdi sahibkardan 5-i "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, "Ticarət; nəqliyyat vasitələrinin təmiri”, "Digər sahələrdə xidmətlərin göstərilməsi” və "Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (30,4 faiz), Aran (20,4 faiz), Gəncə-Qazax (13,6 faiz) və Lənkəran (9,9 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 78,4 faizini kişilər, 21,6 faizini isə qadınlar təşkil edib.

Qadınlar "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 27,2 faizini, "Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində 25,4 faizini, "Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir. Sahibkar qadınların 32,8 faizi Bakıda, 17,1 faizi Aran, 16,2 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,2 faiz), Gəncə-Qazax (25,7 faiz) və Lənkəran (22,6 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook