SON XƏBƏR

Azərbaycanda futbola pul xərcləyən şirkətlər vergidən azad olunacaq

Mart 04
14:31 2019
Azərbaycanda gəlirlərinin 10 faizini futbola sərf edən şirkətlər vergidən azad olunacaq.

Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

"Apreldə təşkili nəzərdə tutulan vergilərlə bağlı konfransa UEFA nümayəndəsi də dəvət olunacaq. Yerli və xarici şirkətləri həmin iclasa dəvət edəcəyik. Vergilər Nazirliyi yeni qaydalara görə, güzəştlər tətbiq edib. Buna görə də, iş adamlarını futbola cəlb etmək istəyirik. Mənfəətdən 10 faiz futbola sərf edən vergidən azad olacaq. Bu dəyişiklik əlavə motivasiya olmalıdı".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook