Azərbaycanda gön-dəri sahəsi niyə inkişafdan qalır?
May 11
10:26
2023
Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Gənc iqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri Azərbaycanda gön-dəri məmulatlarının inkişaf vəziyyəti ilə bağlı sənəd hazırlayıb.
Tədqiqatın ilk bölməsində Azərbaycanda gön-dəri məmulatları istehsalının hazırki vəziyyəti araşdırılıb.
Açıqlanan göstəricilərdən məlum olur ki, ölkədə dəri məmulatlarının istehsalının dəyər ifadəsi həcmi 2005-ci ildən artmağa başlayıb.
2012-ci ildə ən yüksək həddə - 29.6 milyon manata çatıb.
Sonrakı dövrlərdə azalma tendensiyası müşahidə edilib və 2015-ci ildə 2007-ci ildən sonra ən aşağı həddə - 12.2 milyon manata düşüb.
2016-cı ildən başlayaraq yenidən artım tendensiyası müşahidə edilib və 2018-ci ildə 26.1 milyon manata qədər yüksəlib.
Sonrakı dövrlərdə qeyri-sabit tendensiya nümayiş etdirib.
Hazırda ölkədə 32 müəssisə və 186 fərdi sahibkar gön-dəri məmulatları, eləcə də, ayaqqabı istehsalı ilə məşğul olur.
Araşdırmanın ikinci bölməsində Azərbaycanda gön-dəri məmulatlarının istehsalının stimullaşdırılmasına yönəlik addımlar nəzərdən keçirilib.
Araşdırma nəticəsində məlum olub ki, hazırda dəridən hazırlanmış müxtəlif növ məhsulların idxalına ən yüksək dərəcədə - 15% idxal rüsumu tətbiq edilir.
Eyni zamanda, bu məhsullar idxal edildiyi zaman, 18% əlavə dəyər vergisinə də cəlb olunurlar.
Vergi Məcəlləsində, həmçinin, ölkəyə gətirilən xəz dəri məmulatlarına topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinin 10 faizi məbləğində aksiz dərəcələri tətbiq edilməsi nəzərdə tutulur.
Bu baxımdan aydın olur ki, ölkəyə idxal edilən dəri məmulatlarının böyük hissəsindən həm gömrük, həm də vergi ödənişləri tutulur. Bu məqam, yerli istehsal üçün əlavə müqayisəli üstünlüklər qazandıra bilər.
Tədqiqatın üçüncü bölməsində dəri istehsalının texnoloji mərhələləri araşdırılıb. Dəri istehsalçısı bu prosesləri həyata keçirə bilmək üçün onlara lazım olan əsasən texnika və texnologiyadır.
Həmçinin ilkin prosesləri aparmaq üçün kadrlar, son mərhələlərdə isə ixtisaslı kadrların mövcudluğu xüsusi önəm daşıyır. Bunlar öz-özlüyündə istehsal gücünə təsirsiz ötüşmür.
Dövlət Statistika Komitəsinin dərc etdirdiyi statistik müayinəyə əsasən, Azərbaycanda dəri və dəridən məmulatların, ayaqqabı istehsalının istehsal gücündən istifadə səviyyəsi 43.6 faizdir.
Qoyun və quzu dərilərinin istehsal gücündən istifadə göstəricisi isə 73 faizdir.
İstehsal gücünün az olmasının səbəblərindən biri avadanlıqların istehsal gücündən tam istifadə olunmamasıdır.
İribuynuzlu qaramalın və atların növünə aid olan heyvanların dərilərinin (ədədlə) istehsalı sahəsində avadanlıqların köhnə olması (50%) və yüksək ixtisaslı (peşəkar) kadr çatışmazlığı əsas problemlər sırasındadır.
Qoyun və quzu dəriləri sahəsində peşəkar kadrların çatışmazlığının təsiri isə 100 faizdir.
Araşdırma nəticəsində həmçinin o da məlum olub ki, ölkədə gön-dəri məmulatları sahəsində istifadə edilən avadanlıqların cəmi 31%-nin istismar müddəti 5 ildən azdır. Həmin avadanlıqların istismar müddətinə görə bölgüsü aşağıdakı kimidir:
• 5 ilədək- 31.3%
• 5-9 il arası - 30.1%
• 10-19 il arası - 36.9%
• 20 il və daha çox - 1.7%.
Sonda tədiqatın əsas nəticələri və gön-dəri sənayesinin inkişaf etdirilməsi məqsədilə təkliflər təqdim edilib.
Dəri məmulatları sektorunu inkişaf etdirmək üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi tövsiyə edilir:
• Ölkəyə gətirilən dəri məmulatlarının keyfiyyətinə nəzarətin gücləndirilməsi;
• Bu sahədə xüsusilə xarici investorların marağını cəlb edəcək siyasətin təşkili;
• Dəri xəstəliklərinin qarşısını almaq üçün lazımi tədbirlərin görülməsi;
• İxrac, idxal uçotunun düzgün aparılması üçün mexanizmlərin inkişafı və ona nəzarətin gücləndirilməsi;
• Müasir istehsal avadanlıqlarının sektorda geniş istifadə edilməsi və bunun üçün lazım olan dövlət dəstəyinin artırılması;
• Elmi tədqiqatların istehsalat prosesinə tətbiq edilməsinin yüksəldilməsi.