Azərbaycanda ilk dəfə aqrar texnologiyalar və yaşıl enerji üzrə beynəlxalq forum keçiriləcək
Noyabr 23
11:40
2018
Azərbaycanda ilk dəfə aqrar texnologiyalar və yaşıl enerji üzrə "AgTech and Green Energy” mövzusunda beynəlxalq forum keçiriləcək. Forum Energetika və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Energetika Nazirliyindən bildirilib ki, "Yaşıl gələcək üçün innovasiyalar” devizi altında beynəlxalq forumun dekabrın 10-11-də ADA Universitetində keçirilməsi planlaşdırılır.
"AgTech and Green Energy” forumunun əsas məqsədləri Azərbaycanda enerji və kənd təsərrüfatı sahələrinin innovativ inkişafına nail olmaq, bərpaolunan enerji mənbələrindən istifadəni dəstəkləmək, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.
Forumda ayrı-ayrı nazirliklərin, dövlət qurumlarının vəzifəli şəxsləri, fermer təsərrüfatlarının rəhbərləri, yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startap və texnoloji şirkətlərin nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak edəcəklər.
Tədbirdə energetika naziri Pərviz Şahbazovun çıxışı nəzərdə tutulub.

Qlobal.az