Azərbaycanda indiyə qədər 2,045 mlrd. ton neft hasil edilib
Fevral 20
11:05
2019
İndiyə qədər Azərbaycanda dənizdə yerləşən yataqlardan 1,067 mlrd. ton, quruda yerləşənm yataqlardan isə 0,978 mlrd. ton neft hasil edilib.
"Report" xəbər verirki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Bakıda keçirilən Beynəlxalq Qazmaçılar Assosiasiyasının Xəzərdə qazma işlərinə dair sərgi-konfransında bildirib.
Bundan başqa, onun sözlərinə görə, indiyə qədər dənizdəki yataqlardan təbii qaz hasilatının həcmi 689 mlrd. kubmetr, qurudakı yataqlardan isə 139 mlrd. kubmetr təşkil edib.
SOCAR-ın vitse-prezidenti şirkətin 2000-ci ildən bəri 2,6 mln. metr qazma işləri apardığını, 1 490 quyunun hasilata daxil edildiyini, hər il 70-80 quyunun istismara verildiyini də diqqətə çatdırıb.