SON XƏBƏR

Azərbaycanda “İnnovasiyalar Evi” tikiləcək

May 02
09:58 2019
"Yaxın vaxtlarda Azərbaycanda ilk "İnnovasiyalar Evi”nin tikintisinə başlanılacaq”.

"Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Yüksək Texnologiyalar Parkı” MMC-nin (YTP) direktoru Tural Kərimli deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı müvafiq sənədləşmə işləri aparılır.

YTP direktoru İnnovasiyalar Agentliyinin yaradılması ilə bağlı son vəziyyət barədə də danışıb: "Bildiyiniz kimi, ötən il noyabrın 9-da prezident İnnovasiyalar Agentliyinin yaradılması ilə bağlı fərman imzalayıb. Bu il fevralın 22-də Agentliyin nizamnaməsi təsdiq olunub. Struktur tam formalaşdıqdan, hüquqi şəxs tam yarandıqdan sonra biz aktiv olaraq bu layihənin icrasına başlayacağıq. Innovasiyalar Agentliyinin yaradılması təkcə bizdən asılı proses deyil. Burada müxtəlif nizamlayıcı qurumlar var. Onlarla birlikdə işlər aparılır. Ümid edirəm qısa zamanda struktur tam formalaşacaq”.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook