SON XƏBƏR

Azərbaycanda iqlimə həssas olan 20 şəhər və rayon müəyyən olunub

Noyabr 15
17:05 2023
İqlim dəyişmələrinə Uyğunlaşma və Milli Uyğunlaşma Planına dəstək layihəsi çərçivəsində Azərbaycanda iqlimə həssas olan 20 şəhər və rayon müəyyən olunub.

APA xəbər verir ki, bunu BMT-nın İnkişaf Proqramının layihə meneceri Zaur Əliyev Türk Dünyası II Meteorologiya Forumunda çıxışı zamanı deyib. O bildirib ki, onların müəyyən edilməsində əsasən orta iqlim göstəriciləri nəzərə alınıb, temperatur, quraq illər, yağıntıların miqdarı, həmçinin adaptasiya potensialı nəzərə alınıb. İlk onluqda olanlar Bakı, Sumqayıt, Abşeron, Xızı, Xazmaz, Siyəzən, Şabran, Astara, Lənkəran, Masallı, Neftçala və Salyandır.

Onun sözlərinə görə, məlumatlar əsasında iqlim dəyişmələrinə həssaslıq indeksi hazırlanıb.

Zaur Əliyev bildirib ki, layihə çərçivəsində, həmçinin iqlim qanunvericiliyi ilə bağlı boşluqlar analiz edilib və təkliflər verilib:
"Təkliflər əsasında bəzi qanunvericilik aktlarının hazırlanmasını planlaşdırırıq. Burada iqlim dəyişmələri şəraitində suvarmadan normativ istifadə qaydaları, sudan səmərəli istifadə ilə bağlı qanunverilik aktları, sahilyanı ərazilərin müəyyən olunması ilə bağlı hüquqi sənədlər var. Növbəti aylarda aktlarda qanunverilik paketi hazır olduqdan sonra layihənin partnyorları ilə birgə hökumətə təqdim ediləcək. Həmçinin Azərbaycanda iqlimə adaptasiya tədbirlərinin maliyyə qiymətləndirilməsi ilə bağlı təlimatlar hazırlanıb. Növbəti ildən isə həmin təlimatlar da hökumətə təqdim olunacaq".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook