Azərbaycanda İran malları kəskin artıb
Sentyabr 07
13:25
2016
İranın Azərbaycandakı ticarət attaşesi Məhəmməd İbrahim Nağızadə Bakı və Tehran arasında əmtəə dövriyyəsinin 70% artdığını qeyd edir.
"Bu il (2016-cı ilin mart ayından) Azərbaycan və İran arasında qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 70% artıb”, – deyə M.İ.Nağızadə bu gün mətbuat konfransında bildirib.
Ticarət attaşesi Azərbaycandan İrana ixracın həcmində də artım olduğunu deyib. "Əgər ötən il Azərbaycandan İrana $15 mln. dəyərində mal ixrac edilibsə, bu rəqəm cari ilin son 3 ayı ərzində əldə olunub”, – deyə o vurğulayıb.
M.İ.Nağızadənin sözlərinə görə, son dörd ay ərzində İran Azərbaycana $178,5 mln. məbləğində mal ixrac edib. (İnterfaks-Azərbaycan)