Azərbaycanda işsizlərin sayı nə qədərdir: "Fitch Ratings" proqnozuna şərh
Yanvar 27
14:27
2020
"Azərbaycanda əmək qabiliyyəti olan əhalinin təqribən 30-35%-i ya qeyri-rəsmi çalışır, ya da işsizdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadi-ekspert Natiq Cəfərli "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin bu il və 2021-ci ildə Azərbaycanda işsizlik səviyyəsinin 5% olacağı ilə bağlı proqnozunu şərh edərkən deyib.
Onun sözlərinə görə, Beynəlxalq təşkilatların Azərbaycanda rəsmi statistik məlumatlardan başqa digər mənbələrə çıxış imkanları yoxdur:
"Digər ölkələrlə bağlı araşdırmalar apararkən, yaxud proqnozlar verərkən ən azından alternativ statistik məlumatlara müraciət etmək lazımdır. Bir çox ölkələrdə həm qeyri-hökümət təşkilatları, həm də məslək quruluşlarının özünün məlumatları olur. Çox təəssüf ki, Azərbaycanda rəsmi statistik məlumatlardan başqa bu tipli araşdırmalar aparan qurumlar yoxdur. Qeyri-hökümət təşkilatları 2013-2014-cü ilə qədər ən azından bəzi araşdırmalar aparırdılarsa, sonradan QHT qanunların sərtləşdirilməsi nəticəsində araşdırmaların aparılması mümkünsüz hala gədi. Azərbaycanda çox sadə hesablama aparmaqla işsizliyin nə qədər böyük problem olduğunu görmək olar”.
Natiq Cəfərli vurğulayıb ki, Azərbaycanda əmək qabiliyyətli insanların sayı 6 milyona yaxındır:
"Əmək müqaviləsi ilə çalışanların isə sayı 1,6 milyondur. Onun da böyük hissəsi dövlət işində çalışır. Tək bu rəqəm onu deməyə əsas verir ki, ya Azərbaycanda gizli, yəni rəsmiləşdirilməmiş iş yerləri var, ya da işsizliyin səviyyəsi kifayət qədər yüksəkdir. Buna görə beynəlxaq təşkilatları qınamaq da düzgü deyil. Alternativ mənbələri olmadığından ancaq Dövlət Statistika Komitəsinin məlumatının mənbələrinə istinad edirlər. Düzdür, indi Azərbaycanda əmək qabiliyyətli əhalinin bir hissəsi kənd təsərrüfatında çalışır. 5 minə yaxın fərdi sahibkar kimi qeyd olunub. Hətta bunları toplasaq belə Azərbaycanda əmək qabiliyyəti olan əhalinin təqribən 30-35%-i ya qeyri-rəsmi çalışır, ya da işsizdir”.
Qeyd edək ki, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu il və 2021-ci ildə Azərbaycanda işsizlik səviyyəsinin 5% olacağını proqnozlaşdırır. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvarın 1-nə ölkədə iqtisadi fəal əhali arasında işsizlərin payı 4,8% olub.