SON XƏBƏR

Azərbaycanda kapitalı 100 milyon manatdan aşağı olan banklar açıqlandı

Fevral 19
11:43 2024
Azərbaycanda bır sıra bankların kapitalının və məcmu kapitalının məbləği 100 milyon manatdan aşağıdır.

Qlobal.az xəbər verir ki, Valyuta.az bu barədə araşdırma aparıb. 

Mərkəzi Bankın tələbinə əsasən ölkədə fəaliyyət göstərn bankların məcmu kapitalının minimum miqdarı 50 milyon manat məbləğində olmalıdır.

Belə ki, "Bank BTB”-nin kapitalı 2023-cü ildə 47 milyon 363 min manat olub, məcmu kapitalın göstəricisi isə 50 milyon 977 min manat olub.

"Azər Türk Bank" ASC-nin kapitalı ötən il 84 milyon 504 min manat olub.   

Bankın məcmu kapitalının məbləği 78 milyon 557 min manat olub.  

"VTB Bank Azərbaycan”nın kapitalı 91 milyon 055 min manat olub. Bankın məcmu kapitalı 83 milyon 638 min manat olub. 

"AFB Bank”ın kapitalı ötən il 80 milyon 669 min manat olub. Bankın məcmu kapitalı 78 milyon 862 min manat olub. 

Bank Avrasiyanın kapitalı 2023-cü ildə 80 milyon 438 min manat olub. Bankın məcmu kapitalı 79 milyon 216 min manat olub. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook