SON XƏBƏR

Azərbaycanda kompüter istehsalı ilə bağlı son rəqəmlər açıqlandı

Dekabr 26
00:32 2019
Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 239,3 milyon manatlıq məhsul istehsal olunub.

Trend-in məlumatına görə, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 37,7 faiz, elektrik avadanlıqlarının istehsalı isə 1,3 faiz artıb.

Dövr ərzində əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 39,5 faiz, məişət soyuducularının istehsalı 20 faiz artıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook