SON XƏBƏR

Azərbaycanda kompyuter və elektron məhsulların istehsalı 23,6 faiz artıb

İyul 17
08:24 2016
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda kompyuter və elektron məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 90,9 milyon manatlıq məhsul istehsal olunub.
 
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə kompyuter və elektron məhsulların istehsalı 23,6 faiz, elektrik avadanlıqlarının istehsalı isə 2,1 dəfə artıb.
 
Cari ilin altı ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 2,7 dəfə, güc transformatorların istehsalı 5,2 dəfə artıb. Məişət soyuducularının istehsalı 33,3 faiz, 1 kilovoltdan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 95,5 faiz azalıb.
 
Bununla yanaşı, hesabat dövründə 7,6 min qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatı istehsal edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook