Azərbaycanda ölmüş hesab edilmiş şəxsin vergi borcunu -onun varisi ödəyəcək
Noyabr 03
12:34
2021
Azərbaycanda mülki qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilmiş fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyəcəklər.
Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.