SON XƏBƏR

Azərbaycanda neft və qaz hasilatı artıb

Sentyabr 17
20:41 2016
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan üzrə xam neft hasilatı 1,2%, təbii qaz hasilatı isə 5,6% artıb.

Dövlət Statistika Komitəsi xəbər verir ki, ilin səkkiz ayında ölkə üzrə 28 159,9 min ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.

Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1,2% çoxdur.Hesabat dövründə hasil olunan xam neftin 28 124,5 min tonu (1,1% çox) əmtəəlik neft olub.

İlin 8 ayı ərzində ölkədə 19 764,4 mln. kubmetr təbii qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövründən 5,6% çoxdur. Bu müddətdə hasil olunan təbii qazın 12 380,6 mln. kubmetri əmtəəlik təbii qaz olub. Əmtəəlik təbii qazın həcmi isə ötən ilin müvafiq dövründən 0,8% az olub.

Bu il sentyabrın 1-nə ölkədə 289,4 min ton xam neft, 1 097,1 mln. kubmetr təbii qaz ehtiyatı yaranıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook