SON XƏBƏR

Azərbaycanda rublun məzənnəsi 7 aylıq maksimuma çatıb

Yanvar 12
12:22 2018
Azərbaycanda Rusiya rublunun rəsmi məzənnəsi son 7 ayın maksimal səviyyəsinə çatıb və bu gün 0,0301 manat təşkil edib.
 
"Report" xəbər verir ki, 2015-ci il fevralın 21-də Azərbaycanda baş verən milli valyutanın ilk devalvasiyasından sonra rublun rəsmi məzənnəsinin maksimal göstəricisi 2017-ci il fevralın 6-da (0,0324 manat) qeydə alınıb. İlk devalvasiyadan indiyədək ən minimal məzənnə isə 2015-ci il dekabrın 18-də (0,0148 RUB/AZN) olub. Hazırda rublun məzənnəsi maksimal həddən 7,1% aşağıdır.
 
"Report" xəbər verir ki, Azərbaycanda rublun bahalaşmasına səbəb Rusiyada ABŞ dollarının məzənnəsinin azalması amili olub. Belə ki, Rusiyada dollar son 7 ayın minimal səviyyəsi - 56,4285 rubla geriləyib. Geriləməyə səbəb isə neft qiymətlərinin yüksəlməsi və dolların qlobal valyuta bazarında mövqelərinin zəifləməsi amili olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook