Azərbaycanda sahibkarlığın yeni forması yaradılır
Avqust 27
14:39
2018
Milli Məclisin (MM) qarşıdan gələn növbəti - 2018-ci il payız sessiyasında iqtisadi sektor, sahibkarlıq fəaliyyəti ilə bağlı mühüm qanunların qəbulu və ya mövcuq qanunlara ciddi dəyikliklərin edilməsi nəzərdə tutulur.
Bu haqda oxu.az-a MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev məlumat verib.
Onun sözlərinə görə, sessiyada xüsusilə ölkədə prioritet sahələrdən sayılan sahibkarlıq fəaliyyətinin inkişafı ilə bağlı mühüm sənədlərin qəbulu gözlənilir.
O qeyd edib ki, payız sessiyasında ilk olaraq komitənin, sonra isə plenar iclasın müzakirəsinə təqdim ediləcək yeni qanun layihələrindən biri "Mikrobiznes haqqında” qanun layihəsidir.
"Bildiyiniz kimi, sahibkarlıq fəaliyyəti indiyə kimi iki hissədən ibarət olub: kiçik-orta sahibkarlıq və iri sahibkarlıq. Ancaq yeni qanunla üçüncü sahibkarlıq növü də olacaq, yəni, kiçik sahibkarlıq, mikrobiznes.
Konkret şəkildə qeyd etməli olsaq, kiçik sahibkarlıq orta sahibkarlıqdan ayrı olacaq. Kiçik sahibkarlıq dedikdə isə 9+1 nəzərdə tutulur.
Hesab edirəm ki, bunun özü ölkədə sahibkarlıq fəaliyyətinin daha da genişlənməsində və güclənməsində mühüm rol oynayacaq, ölkə iqtisadiyyatına öz önəmli töhfəsini verəcək.
Eyni zamanda, sessiya dövründə iqtisadi sfera ilə bağlı digər mühüm sənədlər olacaq...”, - deyə R.Quliyev əlavə edib.