Azərbaycanda şok maxinasiya: 2 milyon dövriyyəsi olan dövlət şirkəti 3 milyona məsləhətçi axtarır
Dekabr 28
12:25
2020
Azərbaycan Sənaye Korporasiyası ASC törəmə müəsissəsi olan Azəripək MMC-nin strategiya planının hazırlanmasına dair məsləhətçi şirkətin cəlb olunması üçün elan etdiyi tenderlə bağlı şübhəli məqamlar üzə çıxıb.
Qaynarinfo xəbər verir ki, iqtisadçı Toğrul Vəliyev MMC ilə bağlı açıqlanan məlumatlar əsasında araşdırma aparıb.
Araşdırmada məlum olub ki, şirkətin dövriyyəsi 2 milyon dollar civarındadır:
"2019-cu ildə bu şirkət 40 tondan çox xam ipək istehsalını proqnozlaşdırırdı. Dövriyyəsini başa düşmək (təəssüf, amma ASK ümumiyyətlə, hesabatlarını bölüşmür) üçün qeyd edə bilərəm ki, 2019-cu ildə şirkət xaricə 18,75 ton xam ipək ixrac edib. Onun da gömrük dəyəri 724,5 min dollar təşkil edib. Başqa sözlə şirkətin cəmi dövriyyəsi 2019-cu ildə xam ipək 1,5 milyon dollardan yüksək olmamalı idi. Bundan başqa şirkət xam ipək parça, kəlağayı və güllü çitmə istehsal edir. Bu da müvafiq qiymətlərə görə 0,5 milyon dollardan çox olmamalıdır. Yəni 2019-cu ildə şirkətin dövriyyəsi ən yaxşı halda 2 milyon dollar civarında idi.
2020-ci ildə şirkət, ümumiyyətlə, xam ipək ixrac etməyib. Yerli istehsal nə qədər olub – bəlli deyil. Ümumiyyətlə, hansısa istehsal barədə məlumat verilmir. Bu ilin noyabrında ASK KİV-lərə təsvir tipli məlumat göndərmişdi. Bu məlumatda müəssisələr üzrə istehsal göstəricilərinin verilməsinə baxmayaraq, "Azəripək” barədə yalnız avadanlığın alınması göstərilib.

Belə fonda mənim üçün ən maraqlısı bu yaxınlarda ASK-nin elan etdiyi tender idi. Deməli, tenderə görə, Azəripək MMC-nin strategiya planının hazırlanmasına dair məsləhətçi şirkətin cəlb olunması nəzərdə tutulur. Məsələ odur ki, bu tender satınalma reyestrində xüsusi bölmədə yerləşdirilib. Müvafiq bölmədə 3 milyon dollardan yüksək qiymətə malik olan müqavilələr yerləşdirilir. Yəni maksimal 2 milyon dollara kimi dövriyyəsi olan şirkət üçün 3 milyon dollardan bahalı məsləhət xidməti sifariş verilib”.
Qlobal.az