SON XƏBƏR

Azərbaycanda son 9 ay ərzində 6088 müəssisə və təşkilat yaradılıb

Oktyabr 13
11:12 2016
Yanvar-sentyabr aylarında Azərbaycanda 6088 müəssisə və təşkilat (onların nümayəndəlikləri və filialları) yaradılıb və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 33,3 faiz artıb.
 
Dövlət Statistika Komitəsindən bildiriblər ki, yeni müəssisə və təşkilatların 63,3 faizi Bakıda, 11,2 faizi Aran, 7,6 faizi Abşeron, 4,8 faizi Lənkəran, 4,6 faizi Gəncə-Qazax, 3,3 faizi Quba-Xaçmaz iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
 
Bundan əlavə, hesabat dövründə fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 83094 fiziki şəxs qeydiyyatdan keçib və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 56,8 faiz artıb. Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Abşeron və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook