Azərbaycanda sürüşmənin qarşısını almaq üçün yeni normalar hazırlandı
Dekabr 01
12:19
2016
Azərbaycanda ərazilərin, binaların sürüşmə və uçqunlardan mühafizəsi üçün məcburi tətbiq olunacaq yeni normalar hazırlanıb.
Yeni tələblər "Ərazilərin, bina və qurğuların sürüşmə və uçqunlardan mühəndis mühafizəsi” adlı sənəd layihəsində əks olunub.
Bu normalar ərazilərin, bina və qurğuların sürüşmə və uçqun proseslərindən mühəndis mühafizəsinin tikinti və istismarının layihələndirilməsinə şamil olunacaq.
Yeni normalar mülkiyyət formasından asılı olmayaraq, sürüşmə və uçqunlardan obyektlərin mühəndis mühafizə layihələndirilməsini, tikintisini və istismarını həyata keçirən bütün hüquqi və fiziki şəxslər üçün məcburi olacaq.
Layihəyə əsasən, seysmik rayonlarda və digər təhlükəli geoloji proseslərin (sualtında qalma, subasma, eroziya, abraziya, karstlaşma və s.) inkişaf etdiyi rayonlarda obyektlərin sürüşmə və uçqun proseslərindən mühafizəsini layihələndirdikdə tikinti norma və qaydaların əlavə tələbləri də nəzərə alınmalıdır.
Quraqlıq ərazilərdə ot örtüklərinin, kolluqların və ağacların suvarılması üçün verilən suyun miqdarına ciddi nəzarət olunmalı, əksər hallarda isə müasir damla ilə suvarma metodundan istifadə olunmalıdır.
Mühəndis mühafizəsi obyektlərinin tikintisi zamanı, xüsusilə yaz, payız və yağışlı müddətdə nəzərdə tutulmayan işlərin görülməsi və fasilələrin edilməsi qəti qadağandır.

Trend