Azərbaycanda tikinti proseduru sadələşdi
Aprel 26
09:09
2018
Dünya Bankının hazırladığı "Doing busıness" hesabatına əsasən Azərbaycanda tikinti prosedurları 21-dən 10-a endirilib. Bu isə sahibkarların bu sahəyə maraq göstərməsi və tikinti ilə məşğul olması üçün geniş imkanlar yaradır.
Xezerxeber.az məlumat verir ki, bunu Bakı şəhər İcra Hakimiyyətində sahibkarla görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. Görüşdə 30-dan çox tikinti şirkəti rəhbərlərinin qatıldığı görüşdə sahibkarlara tikinti icazələrinin "Bir pəncərə" prinsipi ilə verildiyi diqqətə çatdırılıb.
Ekspertizası tələb olunmayan tikinti obyektlərinin siyahısının genişləndirildiyini diqqətə çatdıran Vüsal Qasımlı onu da qeyd edib ki, tikinti prosesinin layihələndirilməsi prosesi də xeyli asanlaşıb.
Görüşdə islahatların davam etdirilməsi üçün tikinti şirkətlərinin səmərəli təklifləri nəzərə alınıb. Tikinti şirkətlərinin rəhbərlərinin yeniliklərlə bağlı suallar veriblər və öz təkliflərini irəli sürüblər.

Qlobal.az