SON XƏBƏR

Azərbaycanda tikinti sektorunda istehsal 32% azalıb

Sentyabr 16
10:02 2016
Azərbaycanda bu ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 38 027,8 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1% az ümumi daxili məhsul istehsal edilib.
 
"Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 32,3% azalması olub. 
 
Əlavə dəyərin 38%-i sənayedə, 11,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,4%-i tikinti, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 5,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9%-i informasiya və rabitə, 16,4%-i isə digər sahələrdə istehsal edilib.
 
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 3 953 manata bərabər olub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook