SON XƏBƏR

Azərbaycanda üç futbol komandası ləğv olundu

Yanvar 19
13:35 2019
AFFA milli komandalarla bağlı siyasətində dəyişiklik edib.

Ötən ilin əvvəlində yaradılan 16, 18 və 20 yaşadək futbol yığmalarımız ləğv olunub.

AFFA İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Şurasının sədri Vaqif Sadıqov oxu.az-a açıqlamasında bu xəbəri faktiki olaraq təsdiqləyib:

"Bizə yalnız U-17 və U-21 yığmalarımıza məşqçilərin namizədliyinin müzakirəsi tapşırılıb. Bildiyiniz kimi, artıq U-21-ə serbiyalı Milan Obradoviç təyin olunub. U-19-un baş məşqçisi Vüqar Məmməddir. Yalnız U-17-nin baş məşqçisi postu boş qalıb”.

Qeyd edək ki, əvvəl U-16 millimizi Azər Məmmədov, U-18-i Zaur Həşimov və U-20 yığmamızı Rəşad Sadıqov çalışdırıb. Bu üç milli komanda özündən bir üst yığma üçün futbolçu hazırlamaq üçün yaradılmışdı.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook