SON XƏBƏR

Azərbaycanda vergi daxilolmaları 12% artıb

Oktyabr 14
11:03 2021
Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttiylə dövlət büdcəsinə 6 milyard 354,4 milyon manat vergi daxil olub, proqnoza 120,2 % əməl edilib.

Bu barədə "Report”a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatda müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının artımına səbəb olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 12 % və ya 681,6 milyon manat artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 706,7 milyon manat olub, proqnoza 114,9 % əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 609,6 milyon manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 10,4 % və ya 442,7 milyon manat artıb.

Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,8 % artaraq 3 milyard 600,3 milyon manat təşkil edib.
 
Regionlar üzrə daxilolmalar 700,9 milyon manat olmaqla, proqnoz 115,7 % icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 6,3 % artıb.

Ödənilən vergilərin 74,1 %-i qeyri-neft-qaz sektorunun, 25,9 %-i neft-qaz sektorunun payına düşüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook