Azərbaycanda vəzifəli şəxsin intihar etdiyi deyilir
Dekabr 07
08:46
2024
Lerik Rayon İcra Hakimiyyəti başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi, 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti aşkar edilib. APA-ya istinadən xəbər verir ki, onun intihar etdiyi deyilir.
Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Lerik Rayon İcra Hakimiyyətindən də hadisəni təsdiqləyiblər. Ş.Əliyevin işində nümunəvi, verilən tapşırıqları vaxtında yerinə yetirən, gözəl xasiyyətli biri olduğu bildirilir.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.