Azərbaycanda xanım sahibkarın təsisçisi olduğu şpris zavodu gələn il istifadəyə veriləcək
Dekabr 23
01:18
2017
Gələn il Azərbaycanda "Diamed Co.” təkistifadəlik şpris istehsalı zavodu istismara veriləcək.
Xanım sahibkar qeyd edib ki, hazırda zavodun qurulması istiqamətində işlər aparılır: "Bu zavod Azərbaycan üçün çox önəmlidir. Zavod 2018-ci ildə istismara veriləcək. Hazırda mən zavodun qurulması ilə məşğulam”.
Təsisçisi vurğulayıb ki, ilkin mərhələdə zavodda istifadə olunan məhsul daxili tələbatın ödənilməsinə, növbəti illərdə isə ixraca yönəldiləcək.
"2018-ci ildə zavodda 100 milyon ədəd təkistifadəlik şprisin istehsal olunması planlaşdırılır. 2020-ci ildə bu göstərici 150-200 milyon ədədə çatdırılacaq”, - deyə A.Quliyeva bildirib.
Bu barədə "APA-Economics”ə açıqlamasında zavodun təsisçisi Aytən Quliyeva bildirib.

Qlobal.Az