SON XƏBƏR

“Azərbaycanda xeyli qalstuklu, mədəni görünən ziyalılar var ki, qumar oynayırlar” - Deputat

Fevral 24
17:42 2022
"İnsan nəyisə ağlı ilə əldə edə bilməyəndə şansa üstünlük verir. Onlar elə bilirlər ki, həyatda buraxdığı imkanları, ağlını doğru istifadə edə bilməməyin nəticəsi onun şanssızlığı ilə bağlıdır. Amma bu birbaşa ağılsızlıqla bağlıdır. İnsanın şansa ümid etməsi öz ağlına dəyər verməməsindən qaynaqlanır”.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa AzTV-nin efirində yayımlanan "Çıxışa Doğru” proqramında qonaq olarkən deyib.

O bildirib ki, Azərbaycanda bu lotereyaya maraq ona görə aktualdır ki, cəmiyyətin iki böyük faciəvi problemi var:

"Onlardan biri narkomaniyadır, biri də qumar. İnsanlarımızın xeyli hissəsi qumarın qurbanına çevrilib. Ona görə bizim cəmiyyətdə bu məsələyə qarşı həssaslıq var. Lotereyalara maraq nisbətən də olsa anlaşılandır. Bir tərəfində bunu təşkil edən dövlət tərəfindən sertifikat almış təşkilatlar həyata keçirir. Sabah hər hansı fəsad olanda dövlətdən tələb edə bilirsən.

İdman, mərc oyunlarında isə çox böyük faciələr yaşanır. Ola bilsin ki, ilkin dövrdə kimlərsə 5 manat, 10 manat qazanır. Amma yüzlərlə insan məhz bu oyunlara görə borca girir. Hətta bunun üstündə ölənlər var, intihar edənlər də var. Düşünürəm ki bu məsələyə cəmiyyətin həssaslığı yüksək səviyyədə olmalıdır. İnsanları bu vərdişdən xilas etmək lazımdır”.

Millət vəkili onu da qeyd edib ki, buna maraq sadəcə kasıbçılıqdan irəli gəlmir:

"Azərbaycanda xeyli zəngin insanlar var ki, burada qumar oynamır, gedir xarici ölkələrdə oynayır. Xeyli qalstuklu, mədəni görünən ziyalı adamlar var ki, dünyagörüşü məhduddur, bu səbəbdən də gedib qumar oynayırlar”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook