Azərbaycanda yaşamış bu şəxs İsraildə qəhraman elan edildi - FOTO
Yanvar 27
14:07
2022
Vaxtilə Azərbaycanda yaşamış, sonra isə İsrailə köçmüş II Dünya Müharibəsi veteranı Georgi Ginzburq yəhudi dövlətinin Ədliyyə Nazirliyi tərəfindən faşizmlə mübarizədə qəhrəman kimi tanınıb. Bu barədə bu "The Jerusalem Post" yazıb.
Veteran, faşist Almaniyası ilə müharibə zamanı sovet ordusu sıralarında qəhrəmanlıq göstərib.
103 yaşlı Georgi Ginzburq 1990-cı illərə qədər Azərbaycanda yaşayıb, sonra isə İsrailə köçüb. Veteran, 30 ildən artıqdır ki, tarixi vətənində yaşasa da, İkinci Dünya Müharibəsində iştirakına görə fərqlənmə nişanını almaq üçün yalnız bu yaxınlarda müraciət edib.
"Ginzburqun Azərbaycandan İsrailə gəlməsinə və müharibə zamanı Sovet ordusunda döyüşməsinə baxmayaraq, o, İsraildə İkinci Dünya Müharibəsi qəhrəmanı kimi tanınır və bir sıra imtiyazlara malik olacaq”, - deyə yerli nəşr qeyd edir.
virtualaz.org