SON XƏBƏR

Azərbaycanda yaşayan tatların mədəniyyəti ilə bağlı film çəkilir

Sentyabr 26
11:46 2023
Azərbaycanda yaşayan tatların mədəniyyətiilə bağlı film çəkilir.
 
Qlobal.az xəbər verir ki, film tolerant dövlət olan Azərbaycan və onun ərazisində yaşayan azsaylı xalqlardan biri - tatlar barəsindədir. Bu, tatların dünəni, bu günü və mədəni dəyərləri haqqında ekran hekayəsidir. Filmdə iştirak edəcək qəhrəmanların hər biri maraqlı, fərdi və fərqlı həyat hekayələrini ekrana daşıyacaq.
 
Sənədli filmin çəkilişləri tatların daha sıx yaşadığı regionlarda - kənd və şəhərlərdə planlaşdırılır. Filmdə tatların sosial həyatı, məişət tərzi, folkloru və onların özünəməxsus etimologiyasına işıq tutulacaq. Həcmi 25 dəqiqə nəzərdə tutlan sənədli filmdə həm də bu xalqın vətən müharibəsindəki xidmətlərindən – iğid oğullarının 44 günlük savaşda keçdiyi döyüş yolundan, şəhid qəhrəmanlarından, müstəqillik uğrunda apardıqları mücadilədən söhbət açılacaq.
 
Filmdə Azərbaycanda yaşayan tatların adət-ənənəsi, gündəlik məşğuliyyəti, xalçaçılıq, miskərlik kimi el sənəti nümunələrindən söhbət açılacaq. Filmdə həm də tatların ziyalıları – elm və sənət adamları, mətbəx mədəniyyəti ,el ağsaqqları, folklor nümunələri ayrıca yer alacaq.
 
Filimdə tat dilində şeirlərdən və musiqilərdən istifadə olunması nəzərdə tutulub.
 
Qeyd edək ki, film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Azeri Tat Mədəniyyət Mərkəzi İştimai Birliyin icrası ilə hazırlanır.

Filmin ssenarisi və rejissoru Ceyhun Şüküroğlu, operatoru Fahir Səmədoöğlu, redaktoru Nuranə Nur, ideya müəllifi isə Elman Əhmədovdur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook