Azərbaycanda yaxşı sərmayə mühiti var
İyun 24
10:49
2024
Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra suveren dövlət kimi dünya dövlətləri ilə ikitərəfli, çoxtərəfli siyasi, iqtisadi, mədəni əlaqələr yaradıldı. Dünyanın əksər dövlətləri Azərbaycanla siyasi əlaqələri daha da möhkəmlətməkdədir. Bu baxımdan dünyanın böyük dövlətlərinin tele¬viziya kanalları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən müsahibələr götürməklə bu və ya digər dünyəvi məsələlərin şərh edilməsinə maraq göstərir.
Salyan şəhər 9 saylı uşaq bağçasının müdiri
İyunun 21-də "Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power” sərgilərindən reportaj yayımlanıb. Həmin reportajda Prezident İlham Əliyevin "Euronews”a müsahibəsi də yer alıb. Müsahibə son illərin qlobal problemlərini əhatələyib və dövlət başçımız verilən sualları Azərbaycanın dövlət maraqları baxımından şərh edib. Azərbaycanda yaxşı sərmayə mühiti olduğunu qeyd edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd edib ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sa¬hibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzəri¬mi¬zə düşən öhdəlikdir.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir. Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. "Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır. Beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.
Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndənin iştirak etdiyini, tədbirin 1994-cü ildə təşkil olunduğunu, 30 ildir keçirildiyini, hər enerji tədbirinin unikal mahiyyətə və gücə malik olduğunu bildirən Azər¬baycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: "Ev sahibliyi edən ölkə kimi Azər¬baycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP za¬ma¬nı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, öl¬kələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorun¬ma¬sı ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”.
Azərbaycanın böyük tərəfdaşları var. "Masdar” ölkəmizin strateji tərəfdaşıdır. Həmçinin "ACWA Power” və BP sərmayədarlarımız sırasındadır. Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Hazırda dövlətimiz milli enerji şəbəkəsini gücləndirir. Ölkəmiz sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıdır. Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən əsas hədəf ixracdır.
Azərbaycan öz enerji imkanlarından fəal şəkildə istifadə etməklə külək və günəş enerjisi perspektivlərini, eləcə də qaz ehtiyatlarının inkişafı və ixracını araşdırır. Azərbaycan ölkə daxilində bərpaolunan enerji mənbələrindən istifadənin artırılması yollarını nəzərdən keçirir, həmçinin enerji təhlükəsizliyini təmin etmək üçün qaz tədarükü vasitəsilə Avropa ölkələrinə yardım göstərir. Ölkəmiz eyni zamanda tullantıların azaldılmasına da mühüm töhfə verir. Respublikamızın həm quruda, həm də dənizdə "yaşıl enerji”nin, xüsusən külək enerjisinin inkişafı üçün böyük potensialı var. Burada hidrogen kimi digər təmiz enerji texnologiyaları da mühüm rol oynaya bilər. Hidrogen tullantıları azaltmağa kömək edən ən mühüm texnologiyadır. Bu, Azərbaycanın artıq mühüm töhfə verdiyi və bir çox enerji idxal edən ölkələrə tullantıların azaldılması yolunu tutmağa kömək göstərdiyi sahədir. Böyük həcmdə bərpaolunan resurslara, eləcə də "Şahdəniz” yatağında təbii qaz ehtiyatlarına birbaşa çıxışa malik olan Azərbaycan həm "yaşıl”, həm də "mavi” hidrogenin hasilatı üçün qabaqcıl imkanlara malikdir. Bundan başqa, təbii qazın tədarükü üzrə mövcud infrastruktur olan Cənub Qaz Dəhlizi potensial olaraq ixrac məqsədilə hidrogeni təbii qazla qarışdırmağa imkan verəcək.
Püstəxanım Qədirova,