SON XƏBƏR

A​zərbaycanda yeni banklararası hesablaşma qaydaları təsdiq olunub

Avqust 08
15:44 2016
Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar arasında hesablaşmaların aparılması Qaydaları”nı ləğv edib.

"Report” xəbər verir ki, bunun əvəzində yeni qaydalar təsdiq edilib.

AMB sədri Elman Rüstəmovun imzaladığı qərarla "Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları” təsdiq edilib.
 
Hüquq Departamentinin rəhbəri Rəna Məlikovaya tapşırılıb ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Qeyd edək ki, AMB-nin İdarə Heyəti "Milli ödəniş sisteminin modernizasiyası Layihəsi"nin icrasının başa çatdırılması ilə əlaqədar olaraq Azərbaycan ərazisində banklararası mərkəzləşdirilmiş ödəniş sistemləri olan "Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemi” və "Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi”nin iştirakçıları arasında hesablaşmaların aparılması qaydalarının təkmilləşdirilməsi məqsədi ilə qərar qəbul edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook