SON XƏBƏR

Azərbaycanda yeni qızıl yatağı tapılıb

Oktyabr 17
14:46 2016
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti "Gədəbəy" yatağında yeni mənbədə qızıl kəşfiyyatı üçün yeni lisenziya alıb. "Report” xəbər verir ki, yeni yataq "Uğur” adlandırılıb.

"Ugur” şirkətin qələviləşdirilmiş plantasiyasının 3 km Şimal-Qərbində yerləşir. Aparılmış testlər və qazıntı nümunələri ərazidə 87% qızıl olduğunu müəyyən etməyə imkan verib.
 
Şirkətin baş icraçı direktoru Reza Vəziri deyib ki, bu yatağın çox böyük əhəmiyyəti var: "İnanıram ki, "Anglo-Asian" çox əhəmiyyətli mövqedədir və bu mövqe onun minerallarla zəngin olan "Gədəbəy"də davamlı olaraq hasilatına şərait yaradacaq”.

Məlumata görə, aparılmış 20 müxtəlif testin nəticəsində aşkar edilib ki, qiymətli metal 360 metr dərinliyə qədər yerləşir. Əsas diqqət çəkən isə 34 metrə qədər hər ton üçün 0,39 qram, 13 metrə 0,83 q/t və 35 metrə 5,45 q/t-dur.

Açıqlamada qeyd edilir ki, gələcəkdə "Uğur”un kəşfiyyat ərazisi 1 500 metrə qədər cənuba genişləndiriləcək.

Artıq "Anglo-Asian Mining Plc." işin ilkin fazasında ümumi dərinliyin ölçülməsi və minerallaşmanın xüsusiyyətlərinin öyrənilməsinə başlayıb. Əsas işlərə isə 2017-ci ildə başlanması nəzərdə tutulur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook