SON XƏBƏR

Azərbaycanda yüksək vəzifəli məmurların malikanələrindəki dini emblemlər - Təsadüf, yoxsa...?!

Fevral 05
00:18 2021
Azərbaycanda məmurların böyük əksəriyyətinin yüzminlik avtomobil kolleksiyalarına, dəyəri milyonlarla ölçülən villalara, biznes obyektlərinə sahib olduqları cəmiyyətimizdə hər kəsə aydındır. Bu barədə uzun illərdir ki, həm ölkə mətbuatında, həm də xarici mediada faktı özündə əks etdirən müxtəlif yazılar tirajlanıb. 
 
Elə ötən həftə də yerli mediada buna bənzər malumat yayıldı. Belə ki, Azərbaycanda Tarif Şurasının qərarı ilə içməli suyun və kanalizasiya xidmətlərinin qiyməti qaldırıldan sonra "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov 100 milyonluq malikanəsi ilə gündəmi zəbt etdi. Ancaq bu dəfə məsələ ilə bağlı sosial şəbəkələrdə açılan müzakirələrdə mövzu Qorxmaz Hüseynovun krallara xas olan bu cür malikanəni hansı vəsaitlə tikdirməsi yox, malikanənin görünüşü oldu. 
 
Qlobal.az xəbər verir ki, "Azərsu" ASC-nin sədrinə məxsus olduğu iddia edilən malikanən səmadan görünüşü xaç şəkillidir.
 
Bu memarlıq üslubunun orta əsrlər avropasına aid olduğu deyilir. 
 
Belə ki, 1100-1200-cü illərdə Avropada əsası qoyulan bu memarlıq üslubunun renesans dövründən sonra zəiflədiyi, son yüz ildə isə daha da populyarlaşdığı deyilir.
 
 
"Azərsu" ASC sədrinə məxsus olduğu iddia edilən malikanə
 
Maraqlı olan budur ki, sözügedən memarlıq üslubu son illərdə ənənəvi coğrafiyasından kənarda, müsəlman ölkələrində də yayılmaqdadır.
 
Mütəxəssislər orta əsr avropa memarlıq üslubunun müsəlman ölkələrində yayılmasını iki amillə əlaqələndirirlər.
 
Onların fikirlərinə görə buna birinci səbəb bu cür malikanələrin layihələrinin Avropa memarları tərəfindən hazırlanmasıdır.
 
Gözqamaşdran interyer və fasad dizaynı ilə sifarişçini ilk baxışdan məmnun edən bu cür layihələrin səmadan görünüşünə o qədər də əhəmiyyət verilmir.
 
İkinci amil isə bu cür layihələrin sifarişçilərinin xristian dininə, dəyərlərinə olan simpatiyalarından irəli gəldiyi deyilir. 
 
 
DGK-nin sədr müavini Əsgər Abdullayevə məxsus olduğu iddia edilən malikanə
 
Maraqlıdır ki, bir neçə il öncə daha bir Azərbaycanlı məmurun inşa etdirdiyi malikanədəki simvoldan bəhs edilirdi. O zaman yerli mediada yazılan məlumatlara görə Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük general-leytenantı Əsgər Abdullayevə məxsus olduğu deyilən Şağan qəsəbəsindəki malikanənin fasad hissəsinini mason emblemi ilə bəzədildiyi vurğulanırdı.
 
Qlobal.Az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook