SON XƏBƏR

Azərbaycandan aparılan 16 ton pomidor Rusiyaya buraxılmadı

Mart 28
01:24 2017
Rusiya Kənd Təsərrüfatı Mallarına Nəzarət İdarəsinin ("Rosselxoznadzor”) mütəxəssisləri Dağıstanın Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan Rusiyaya aparılan 16,2 ton pomidoru saxlayıblar.

Bu barədə məlumat qurumun rəsmi saytında yerləşdirilib.

Malın Rusiyaya buraxılmamasına səbəb məhsulda zərərli karantin obyekti - Cənubi Amerika tomat güvəsinin (TutaabsolutaPovolny) aşkar edilməsi olub.

Yükün sahibi karantin məhsulunun idxalı və ixracı qaydalarını pozduğuna görə Rusiya Federasiyasının müvafiq qanunvericiliyinin tələblərininə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilib.(oxu.az)


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook