Azərbaycandan Gürcüstana pul köçürmələri 35% artıb
Aprel 15
11:19
2020
Bu ilin I rübündə Azərbaycandan Gürcüstana 6,2 mln. ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib ki, bu da illik ifadədə 34,7% çoxdur.
Qeyd olunub ki, ötən ilin ilk üç ayında Azərbaycandan Gürcüstana pul köçürmələri 4,6 mln. dollar olub.
Hesabat dövründə Gürcüstandan Azərbaycana köçürmələr isə 3,6 mln. dollar təşkil edib ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 44% çoxdur. Belə ki, ötən ilin yanvar-mart ayları ərzində Gürcüstandan Azərbaycana 2,5 mln. dollar dəyərində pul köçürülüb.
Təkcə cari ilin mart ayında isə Azərbaycandan Gürcüstana 2,38 mln. dollar məbləğində pulköçürmə həyata keçirilib. Bu, ötə ilin eyni ayı ilə müqayisədə 45,4% çoxdur və hesabat dövründə Gürcüstana edilən ümumi pul köçürmələrinin 1,89%-nə bərabərdir.
Mart ayında Gürcüstandan Azərbaycana pulköçürmələr 1,1 mln. dollar təşkil edib.