Azərbaycandan Rusiyaya ixrac edilən 3 min tona yaxın nektarin məhv edilib
Sentyabr 10
10:56
2022
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə idarəsi, bu il avqust ayının sonunda Azərbaycandan ixrac edilən meyvə partiyasında yoluxma aşkar edib.
"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.
Laboratoriya müayinəsi zamanı meyvələrdə Rusiya üçün karantin obyekti sayılan Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata (Wiedemann)) aşkar edilib.
Yük sahibi nəzarətə alınmış məhsullarla bağlı tədbir görülməsi üçün rəsmi göstəriş alıb və onları məhv etmək qərarına gəlib.