Azərbaycandan Türkiyəyə gedənlərin sayı 2 dəfədən çox artıb
Yanvar 21
13:42
2022
2021-ci ildə Azərbaycandan Türkiyəyə gedən ölkə vətəndaşlarının sayı 2020-ci illə müqayisədə 2,2 dəfə çox olub.
"Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
O cümlədən İrana gedən Azərbaycan vətəndaşlarının sayı 80,6 %, Gürcüstana gedənlərin sayı 75,3 % azalıb, Türkiyəyə gedənlərin sayı 2,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 7,8 % artıb.
Ölkə vətəndaşlarının 47,3 %-i Türkiyəyə, 24,3 %-i Rusiyaya, 7,8 %-i Gürcüstana, 6,8 %-i İrana, 13,8 %-i digər ölkələrə səfər edib. Gedənlərin 66,3 %-ni kişilər, 33,7 %-ni qadınlar təşkil edib.