Azərbaycanı daha bir xarici şirkət tərk edir
Mart 29
09:37
2017
Norveçin "Acona Holding” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
Bu barədə "Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, debitorlar və kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi,44 ("Caspian Plaza", III korpus) ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Acona Holding” Azərbaycan bazarına 2010-cu ildən fəaliyyət göstərir. Şirkətin fəaliyyəti neft-qaz sektorunu əhatə edir.