Azərbaycanın 10 il geridə qalmış muzeyi...
Sentyabr 20
14:36
2020
Azərbaycanda 100 yaşlı muzeyin rəsmi saytında məlumatların yenilənməməsi ziyarəçilərin çaşqınlığına səbəb olub.
Qlobal.az open.az-a istinadən xəbər verir ki, söhbət 1920-ci ildən fəaliyyət göstərən Milli Azərbaycan Tarix Muzeyinin rəsmi saytından gedir.
Belə ki, rəsmi saytın bəzi bölmələrində yenilənmiş məlumatlar yer alsa da, digər bölmələrdə hələ də tarix 2010-2015-ci ili göstərir. Bununla da Azərbaycanda 100 yaşlı muzeyin rəsmi saytı ziyarətçiləri köhnə məlumatlara qonaq edir.
Ən maraqlı vəziyyət isə "Xoş gəlmisiniz" bölməsində 10 il qabaq - 2010-cu il muzeyin 90 illik yubleyi olması barədə məlumat yer alıb. Yəni sayta girən ziyarətçiyə 100 yaşlı muzeyi 90 yaşlı təqdim edərək, yanlış informasiya verir.
Həmçinin, saytın "Tədbirlər”, "Elmi fəaliyyət”, "Elmi maarif”, "Fotoqalareya”, "Mədəniyyət incilər”, "Muzeyin inciləri” bölmələrində uzun illərdir yeni məlumatlar yoxdur.
"Muzey KİV-də” bölməsindəki məlumatlardan isə elə anlaşılır ki, 2016-cı ildən muzeyin fəaliyyəti barədə heç bir mətbuat orqanında bir cümlə belə məlumat yer almayıb.