SON XƏBƏR

Azərbaycanın 9 klubuna transfer qadağası qoyuldu - Rəsmi açıqlama

Yanvar 05
00:40 2016
Azərbaycan Premyer Liqası klublarına transfer qadağası qoyulacaq. Qaynar.info xəbər verir ki, bu haqda PFL-in prezidenti Ramin Musayev "Xəzər TV"də yayınlanan "Futbol saatı" verilişində deyib.
 
O bildirib ki, "Qarabağ"dan başqa, digər 9 Premyer Liqa klubu legioner transferlərinə görə nəzərdə tutulan rüsumları və AFFA İntizam Komitəsinin iclaslarında klublara verilən cərimələri PFL-ə ödəməyib. Bu üzdən ilk növbədə bu klublara transfer qadağası qoyulacaq.
 
Belə ki, bu 9 klub əcnəbi futbolçu transfer etsə də, həmin legionerlərin adları pullar ödənilməyənədək çempionat üçün qeydiyyatdan keçirilməyəcək. Musayev həmçinin onu da qeyd edib ki, çempionat üçün PFL-in alıb klublara verdiyi topların pulları da verilməyib.
 
Qeyd edək ki, hazırkı nizamaməyə əsasən klub sifariş etdiyi legionerlər üçün ilk ilinə görə 20, ikinci ilinə görə 10 və üçüncü ilinə görə 5 min manat PFL-in xəzinəsinə ödəməlidir. Klublar yalnız milli komandanın üzvləri olan əcnəbi futbolçulara görə rüsum ödəməkdən azaddırlar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook