Azərbaycanın AİB qarşısında öhdəlikləri açıqlanıb
May 18
10:57
2020
2020-ci ilin əvvəlinə Azərbaycanın Asiya İnkişaf Bankı (AİB) qarşısında öhdəlikləri 251,5 mln. ABŞ dolları təşkil edib.
"APA-Economics"in bankın 2019-cu il üzrə illik hesabatına istinadən verdiyi məlumata görə, öhdəliklərin 250 mln. dolları AİB-in Azərbaycana ayrılan "İdarəçiliyin təkmilləşdirilməsi və səmərəli dövlət sektoru proqramının – Alt proqram 2" ("Improving Governance and Public Sector Efficiency Program, Subprogram 2") payına, 1,5 mln. dolları isə texniki yardımın payına düşüb.