SON XƏBƏR

Azərbaycanın axtarışa verdiyi terrorçu İran televiziyasında çıxış edib

Oktyabr 20
12:06 2023
Azərbaycanın axtarışa verdiyi terrorçu İran televiziyasında çıxış edib.

Qlobal.az Lent.az-a istinadən xəbər verir ki, İranda gizlənərək Azərbaycana təhdidlər yağdıran "Hüseyniyyun” terror qruplaşmasının başçısı Tohid İbrahimbəyli İran televiziyasında çıxış edərək, "İrana ehtiyac yoxdur, "Hüseyniyyun” sizə bəsdir” deməklə Azərbaycanı və Türkiyəni hədələyib.

İrandan olan sosial media istifadəçisi Seyid Məhəmməd Moinifərd isə ölkəsini belə adamları efirə çıxarmaqda qınayıb: "Təəssüflər olsun ki, İran radioteleviziyası bəzi yaramazların əlinə keçib. Onlar milli televiziyadan istifadə edərək xəyali və virtual bir qrup vasitəsilə qonşu ölkələrlə münasibətlərimizi pozurlar. Bütün müsəlman ölkələrinin birliyinin zəruri olduğu və İran XİN-in bunun üçün çox çalışdığı indiki şəraitdə bu davranış populist və milli maraqlara ziddir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook