Azərbaycanın bədii gimnastika komandası Dünya Kubokunda çoxnövçülük yarışlarının finalına yüksəlib
Aprel 29
15:01
2018
Aprelin 28-də Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ikinci gününə yekun vurulub.
"Report” xəbər verir ki, günün sonuncu yarışında qrup hərəkətləri proqramı üzrə çoxnövçülükdə təsnifat yarışları keçirilib. Milli komandalar üç top və iki iplə öz bacarıqlarını nümayiş etdirib.
Çoxnövçülük üzrə təsnifat yarışlarında 13 ölkənin yığması arasında mübarizə aparan Azərbaycanın bədii gimnastika komandası 14,650 xalla yeddinci yeri tutub. Komandamız iki gün ərzində çıxışlarının yekunlarına əsasən, 31,800 xalla səkkizinci olub və finala yüksəlib. Beləliklə, Azərbaycan gimnastika millisi aprelin 29-da baş tutacaq Dünya Kuboku yarışının final mərhələsinə vəsiqə qazanıb.
Çoxnövçülük yarışında İtaliya millisi 40,650 xalla birinci, Bolqarıstan yığması 38,400 xalla ikinci, Yaponiya komandası isə 35,550 xalla üçüncü yeri tutub.
Mükafatları qalib komandalara Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəlxalq Gimnastika Federasiyasının (UEG) texniki məsələlər üzrə nümayəndəsi Kerolayn Hant, Ukrayna Bədii Gimnastika Federasiyasının vitse-prezidenti İrina Derugina və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim ediblər.
İtaliya komandası, həmçinin "AGF Trophy-2018” və Dünya Kuboku yarışlarının ən yüksək mükafatına layiq görülüb.
Çoxnövçülük yarışında Azərbaycan milli komandasının heyətində gimnastlarımızdan Ayşən Bayramova, Siyana Vasilyeva, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Diana Doman mübarizə aparıblar.
Azərbaycan paytaxtında altıncı dəfə təşkil edilən turnirdə 26 ölkədən 127 gimnast mübarizə aparır. Onlardan 44-ü fərdi proqramda, 83-ü isə qrup komandalarının tərkibində çıxış edir.
Yarışların ilk iki günündə fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində güclərini sınayıb.
Yarışların sonuncu günündə keçiriləcək final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaq.
Turnirə aprelin 29-da yekun vurulacaq.