Azərbaycanın da təmsil olunduğu Pusan film festivalı işə başlayıb
Oktyabr 07
06:49
2021
Cənubi Koreyanın Pusan şəhərində 26-cı beynəlxalq film festivalı işə başlayıb.
Oktyabrın 6-da Pusandakı Kino Mərkəzində festivalın açılış mərasimi keçirilib. Oktyabrın 15-dək davam edəcək festival günlərində Cənubi Koreyanın ikinci böyük şəhəri olan Pusanın 6 kinoteatrında 70 ölkədən 223 film təqdim olunacaq. Kinosevərlər festivala təqdim olunmuş qısametrajlı filmləri isə yutub və naver platformalarında seyr edə biləcəklər.
Bakı Media Mərkəzi, "Butafilm”, "Arizona Productions” (Fransa) və "Salarfilm”in (Almaniya) birgə istehsalı olan "Suğra və oğulları” bədii filmi A kateqoriyalı Pusan beynəlxalq film festivalının müsabiqə bölməsinə seçilib. Kinorejissor İlqar Nəcəfin filmi festivalın "Kim Jiseok” adına əsas mükafatı uğrunda yarışacaq 7 filmdən biridir. Filmdə İkinci Dünya müharibəsi dövründə Azərbaycanda, arxa cəbhədə, kənddə yaşayan insanların taleyindən bəhs olunur. Film oktyabrın 8-də, 10-da və 14-də Pusanın müxtəlif kinoteatrlarında nümayiş olunacaq.
Cənubi Koreyada pandemiyanın 4-cü və daha ağır dalğasının müşahidə olunduğu bir vaxtda film festivalı kimi kütləvi tədbirin keçirilməsinə dair şübhələr olsa da, təşkilatçılar sonda festivalı onlayn deyil, ənənəvi qaydada keçirməyə qərar veriblər. Festival çərçivəsində forum, seminar və ustad dərsləri də keçiriləcək.

Qeyd edək ki, Pusan beynəlxalq film festivalı Asiyanın ən böyük kino tədbiri hesab olunur. Festival 1996-cı ildən bəri hər il təşkil edilir.
Azərtac.az