SON XƏBƏR

Azərbaycanın ən məşhur pambıqçı fermeri bezib: Subsidiyasını ala bilmir

Noyabr 18
13:56 2021
Sabirabad rayonunda fəaliyyət göstərən fermer Əfras Əsgərov dövlətin ayırdığı subsidayını ala bilmir.
 
Qlobal.az xəbər verir ki, subsidiyanı verməkdən imytina edən Sabirabad DAİM-dən narazılıq edən fermer sosial şəbəkədə bezdiyini bildirərək sosial şəbəkədə yazır:
 
"Dostlar bezmişəm.
 
Əlimizdə kupcası olan torpağın subsidiyasın Sabirabad DAİM-in səhlənkarlığından ala bilmirəm. 50 sentinerdən yüksək pambıq tədarük etmişəm deyirlər 10 qəpiyi verməyəcəyik, (güya məhsuldarlıq şübhəlidir) Traktorçumuz Əşrəfov Əzizin adına müqavilə bağlayıb normal pambıq dəririk, buna da 10 qəpik verilməyəcək. Kiminsə səhlənkarlığı (azərpambıqdakı bu işlə məşğul olan məmurlar) ucbatından güya müqavilənin alt sənədləri qaydasında deyil.

Mən yoruldum ona buna müraciət etməkdən. Anlaşılan odur ki əkin əkməyimizə hər cəhdlə mane olurlar.".
 
Qeyd edək ki, Əfras Əsgərov pambıqçılıq təcrübəsi böyük olan, hər il yüksək məhsuldarlıq əldə etməyi ilə tanınan fermerlərdəndir. Kənd Təsərrüfatı naziri İnam Kərimov Sabirabad rayonuna 2019-cu ildə etdiyi səfərdə fermerlə görüşmüşdü. 
 
Kənd Təsərrüfatı nazirliyi məsələyə münasibət bildirməyib. 
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook